
Bakı. Trend:
Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq
dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, mərasim ABŞ-nin paytaxtı Vaşinqtondakı “Kennedi
Senter”də olacq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da
başlayacaq.
DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.
Püşkatmanın səbətləri aşağıdakılardır:
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa,
İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə,
Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya,
Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya,
Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə
Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni
Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və
FİFA pley-off qalibləri (2 komanda).
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul
tarixlərində keçiriləcək.


