Bakı. Trend:
Avstraliyanın cənub hissəsində yerləşənə yeni müəssisədə İdarə
Olunan Yaylım Atəş Raket Sistemlərinin (GMLRS) istehsalına
başlanılacaq.
Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri
Riçard Marlz deyib.
Nazir bildirib ki, “Lockheed Martin Australia” şirkəti
tərəfindən Port-Ueykfild şəhərində inşa edilən zavod 2025-ci ilin
sonuna qədər fəaliyyətə başlayacaq. Onun müəssisələri Avstraliya
Ordusu üçün GMLRS sursatları istehsal ediləcək.
“Layihə ölkənin silahlı qüvvələri üçün uzun mənzilli zərbə
sistemlərinin alınması və istehsalına 21 milyard Avstraliya
dollarından [təxminən 14 milyard dollar] çox pul ayıran [Avstraliya
Baş naziri Entoni] Alban hökumətinin səylərinin bir hissəsi olub”,
– deyə nazir qeyd edib.

