Belarus millisinin baş məşqçisi istefaya göndərilib

Baş səhifə

Bakı. Trend:

Belarus milli komandasının baş məşqçisi Karlos Alos istefaya
göndərilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın
mətbuat xidməti məlumat yayıb.




Tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdiyi
bildirilib.

Qeyd edək ki, İspaniyalı mütəxəssis 2023-cü ilin yayından
Belarus millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 26
oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10
oyunda heç-heçə edib.