“Barselona” İspaniya millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

Baş səhifə

Bakı. Trend:

“Barselona” müqaviləsi mövsümün sonunda başa çatan Erik
Qarsiyanı komandada saxlayacaq.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

La Liqa nəhəngi ispaniyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə
imzalayacaq.




Artıq Qarsiya ilə razılıq əldə olunub. 24 yaşlı futbolçu ilə
yaxın günlərdə 5 illik yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Erik Qarsiya “Barselona”nın yetirməsidir.