
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” (Portuqaliya) ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib.
“Report” Futzal Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valerio Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, (q), 9. Alleks Rezende, 15. Aleks Teixeira
Qeyd edək ki, görüş dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade”, saat 21:30-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


