
Bakı. Trend:
Tailandın cənub əyalətlərində daşqınlarla bağlı fəsadlardan
həlak olan insanların sayı 267 nəfərə yüksəlib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə
Nazirliyi məlumat yayıb.
Məlumata görə, ən çox itki 160 minə yaxın əhalisi olan Haiti
şəhərində qeydə alınıb. Haiti daşqınların ən çox ziyan vurduğu
Sonqhla əyalətinin inzibati ərazisinə daxildir.
Xatırladaq ki, noyabrın 24-də təbii fəlakətlə, o cümlədən su
səviyyəsinin sürətlə qalxması ilə əlaqədar Sonqhla əyalətində
əhalinin təcili təxliyyəsi elan edilib.

