Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA

Baş səhifə

Bakı. Trend:

Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik
ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.

Mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf
edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim
günlərinə daxil edilmir və ödənilmir.




Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü
hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü
məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin
məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.

Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan
başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti
dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə
nəzərə alınacaq.