Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya
yaradılacaq.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.




Layihəyə əsasən, Azərbaycan Respublikasında sosial-əmək
münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi
qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin
layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat
sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə
bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini
razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi
əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin
ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər
sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət
göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya
yaradılacaq.