“Neftçi”nin 33 mövsümdən sonra seriyası qırılıb

Baş səhifə
Neftçinin 33 mövsümdən sonra seriyası qırılıb

“Neftçi” komandasının 33 mövsümdən sonra seriyası qırılıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.

1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən paytaxt təmsilçisinin əbədi seriyası sona çatıb.

Bu, cari mövsümün 1/8 final mərhələsində baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.