Bu ölkə maska rejiminə qayıdır

Baş səhifə

Böyük Britaniyada qripə yoluxanların sayında kəskin artım müşahidə olunur. Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) vəziyyətin kəskin xarakter alacağından ehtiyatlanaraq vətəndaşları maska taxmağa çağırıb.

Metbuat.az xəbər verir ki, Agentlik bunu “ehtiyat tədbiri” adlandırıb. Mütəxəssislər maska taxmağın və gigiyena qaydalarına əməl etməyin vacibliyini vurğulayıblar.

Rəsmilər qeyd edib ki, bu il qripə yoluxma hallarının xeyli artması qeyri-adi vəziyyət yaradıb. Onların fikrincə, virusun mutasiyasına görə qrip mövsümü bir ay erkən başlayıb. Dünya Qrip Mərkəzinin direktoru professor Nikola Luis “Bir müddətdir ki, belə bir virus görmədik, dinamika qeyri-adidir. Mən narahatam, amma panikaya düşmürəm”, – deyib.

UKHSA qrip kimi ümumi infeksiyaların yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlərin görülməsini tövsiyə edib:

  • Daimi əl yumaq
  • Qapalı məkanlarda pəncərələrin açılması
  • Öskürək və asqırıqları salfetlərlə idarə etmək
  • Özünü pis hiss edənlərin evdə qalması
  • Çölə çıxarkən maska taxmaq

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.