
Son olaraq “Kuruluş Osman” serialında rol alan aktyor Burak Özçivit ötən gün Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirə qatılıb. Mərasimdə kral taxtına oturan Özçivitin 20 milyon türk lirəsi qonorar aldığı bildirilir.
Metbuat.az xəbər verir ki, Həştərxanda keçirilən “Türk Televiziya Serialları Musiqisi” tədbirində iştirakçılara “Hansı aktyoru padşah görmək istərdiniz?” sualı verilib. Yarışmada 2747 səs toplayan Özçivit qalib seçilib və səhnədə kral tacını alıb. Təqdimat mərasimində aktyorun “Malkoçoğlu Balı bəy” rolunu canlandırdığı “Muhteşem Yüzyıl” serialının musiqisi səsləndirilib.
Son illərdə böyük beynəlxalq fanat kütləsi yaradan Özçivit qısa zamanda sosial mediada trendə çevrilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

