Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb.
“Report” xəbər verir ki, bunu COP29 üzrə Azərbaycanın baş danışıqçısı xarici işlər nazirinin müavini, Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Norveçin birlikdə vasitəçilik etdiyi qərar üzrə uğurlu nəticə əldə olundu:
“Braziliya COP30-un yekunu olaraq qərar layihəsi irəli sürdü. Azərbaycan və Norveçin apardığı bir neçə raundluq müzakirələrin nəticəsi də mətnin razılaşdırılması təmin olundu”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

