Bakı. Trend:
Vaşinqton Ukraynadakı münaqişənin tezliklə həll olunmasını və
davamlı sülhün bərqərar olmasını istəyir.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko
Rubio Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə telefon
danışığı zamanı deyib.
Məlumata əsasən, Rubio və Yohann Ukraynadakı müharibənin sona
çatmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər.
Rubio ABŞ-nin məqsədinin münaqişəyə mümkün qədər tez son qoymaq
və uzunmüddətli sülhü təmin etmək olduğunu bir daha
təsdiqləyib.

