BMT: Mülki infrastrukturun hədəf alınması beynəlxalq hüquqla qadağandır

Baş səhifə

BMT bir daha bəyan edib ki, energetika obyektləri də daxil olmaqla mülki infrastruktura hücumlar beynəlxalq hüquqa ziddir.

APA xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Qara dənizdə kommersiya gəmilərinə edilən hücumları şərh edərkən bildirib.

“Bizim mövqeyimiz dəyişməzdir. Harada baş verməsindən asılı olmayaraq, energetika infrastrukturu da daxil olmaqla mülki infrastruktura hücumlar beynəlxalq hüquqla qadağandır”, – Düjarrik vurğulayıb.