Makron Trampla Ukrayna münaqişəsinin həllini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla
telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə “LCI” televiziya kanalı
xəbər verib.

Onun sözlərinə görə, danışıq zamanı tərəflər Ukrayna
münaqişəsinin həlli ilə bağlı vəziyyəti müzakirə ediblər.




Məlumata əsasən, telefon danışığı Makronun yenidən Parisə səfər
edən Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarından
sonra baş tutub. Yelisey Sarayı bildirib ki, Fransa və ABŞ
prezidentləri Ukraynada etibarlı və davamlı sülhün şərtlərini və
ABŞ tərəfindən həyata keçirilən vasitəçilik səylərini müzakirə
ediblər.

Fransa prezidenti, həmçinin Ukraynaya təhlükəsizlik
zəmanətlərinin verilməsinin vacibliyini və bu məsələdə Amerika
tərəfi ilə işləməyə hazır olduğunu bildirib.