Hesablama Palatası “Şahdağ Turizm Mərkəzi”ndə yoxlamalar aparıb – EKSKLÜZİV

Baş səhifə
Hesablama Palatası Şahdağ Turizm Mərkəzində yoxlamalar aparıb - EKSKLÜZİV

Hesablama Palatasının 2023-cü il İş Planına uyğun olaraq Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-də nəzarət tədbiri həyata keçirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Bildirilib ki, ictimaiyyət bu auditlə yanaşı, cari il və əvvəlki illərdə aparılmış digər nəzarət tədbirlərinin siyahısı və nəticələri barədə məlumatlarla müvafiq rəsmi mənbələr vasitəsilə tanış ola bilər.