Norveçdə çempion bəlli oldu

Baş səhifə

Bakı. Trend:

1991-ci ildən bəri ilk dəfə Norveç çempionu “Vikinq” olub.
Komanda 71 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində
qərarlaşıb.

Trend xəbər
verir ki, “Bude-Qlimt” bir xal geri qalıb və ikinci yeri tutub.
30-cu turda “Vikinq” “Volerenga”nı 5:1 hesabı ilə məğlub edib.




“Bude-Qlimt” isə mövsümün son oyununda “Fredrikstad” üzərində
böyükhesablı qələbə qazanıb (5:0).