Cəlilabadda kişi qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Baş səhifə
Cəlilabadda kişi qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Cəlilabad rayonunda qətl baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həyat yoldaşı Kəsirə Cəfərova şübhəli bilinir.

Qadın şübhəli şəxs qismində saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.