
Bakı. Trend:
Polşanın paytaxtı Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanı
5 dekabr, cümə gününə keçən gecə təxminən iki yarım saat müddətinə
fəaliyyətini dayandıracaq.
Trend xəbər verir
ki, bu barədə hava limanının dispetçer xidməti məlumat yayıb.
Məlumata görə, müxtəlif tipli bütün təyyarələrin uçuş və enişi
yerli vaxtla 00:30-dan 03:00-a qədər dayandırılacaq. Bu məlumat
bütün aviaşirkətlərə uçuş cədvəllərini əvvəlcədən dəqiqləşdirmələri
üçün çatdırılıb.
Bağlanmanın səbəbi açıqlanmayıb. Dispetçer xidməti həmçinin
bildirib ki, Varşavanın digər iki hava limanı gələn həftə üçün uçuş
cədvəllərində hər hansı dəyişiklik etməyib.

