
Axtarış-xilasetmə qrupları bazar günü Honq-Konqdə baş verən yanğın yerində daha 18 cəsəd tapıb və ümumi qurbanların sayı 146-ya çatıb.
APA xəbər verir ki, bu barədə South China Morning Post qəzeti polis nümayəndəsinə istinadən məlumat verib.
Yanğın çərşənbə günü Honq-Konqun Yeni Ərazilər adlanan Tay Po rayonunda yerləşən səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət Wang Fuk Court kompleksində baş verib. Binalardan biri demək olar ki, zərər görməyib, digər yeddisini isə alov bürüyüb. Alov həmin binalarda kosmetik təmir işləri üçün quraşdırılmış bambuk konstruksiyalı tikinti materialları boyunca yayılıb. Kompleksdə təxminən 2 min mənzil var və burada 4 minə yaxın insan yaşayır.
Qeyd edək ki, Honq-Konqdakı yanğında ölənlərin sayı ən son 128 nəfər olaraq bildirilmişdi.

