“İnter Mayami” klubu pley-offun final mərhələsinə vəsiqə qazanıb – MLS

Baş səhifə

Bakı. Trend:

Əsas Futbol Liqanın (MLS) pley-off yarımfinalında ABŞ-nin “İnter
Mayami” futbol klubu evdə “Nyu-York Siti”ni 5-1 hesabı ilə məğlub
edib.

Trend-in
məlumatına görə, qalib komandanın heyətində qolları Tadeo Allende
(14, 23, 89-cu dəqiqələr), Mateo Silvetti (67) və Telasko Seqovia
(83) vurublar. “Nyu-York Siti”nin heyətində Castin Hek (37)
fərqlənib.




T.Allendenin het-triki onu səkkiz qolla turnirin bombardirlər
siyahısında birinci yerə çıxarır. İkinci yerdə matçda bir məhsuldar
ötürmə edən komanda yoldaşı Lionel Messi (6) gəlir. Argentinalı
hücumçu cari pley-off mərhələsində yeddi məhsuldar ötürmə ilə
liderliyini möhkəmləndirib.

Finalda “İnter Mayami” yarımfinalda “San Dieqo”nu (3:1) məğlub
edən “Vankuver”lə qarşılaşacaq.