ABŞ-də güclü qar səbəbindən 40-dan çox avtomobil toqquşub

Baş səhifə

Bakı. Trend:

Güclü qar səbəbindən ABŞ-nin İndiana ştatında magistral yolda
təxminən 45 nəqliyyat vasitəsi toqquşub.

Trend-in məlumatına görə, bu barədə “NBC” televiziya kanalı ştat
polisinin nümayəndəsi Mett Eymsə istinadən xəbər verib.




Onun sözlərinə görə, qəzada heç kim ciddi xəsarət almayıb. İlkin
polis qiymətləndirmələrinə görə, 20-30 nəqliyyat vasitəsinə ziyan
dəyib, lakin sonradan bu rəqəm 45-ə çatıb.

“İnsanlar sadəcə güclü qar yağmağa başlayanda ehtiyatlı olmalı,
sürəti azaltmalı, kəmərlərini taxdıqlarından əmin olmalıdırlar və
gəlin hamımız yolda diqqətli olaq”, – deyə o əlavə edib.