Orban: Putinlə danışıqlar böyük razılaşmalar üçün imkan yaratdı

Baş səhifə

Macarıstanın Baş naziri Viktor Orban Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların fonunda, ABŞ sanksiyaları səbəbindən xaricdəki aktivlərini satmağa məcbur qalan Rusiya şirkətləri ilə bağlı “iri müqavilələrə yol açıldığını” bildirib.

APA xəbər verir ki, O, bunu Nyeredjaza şəhərindəki çıxışında deyib.

Baş nazirin sözlərinə görə, sanksiya təzyiqi səbəbindən Rusiya müəssisələri xaricdəki aktivlərini satışa çıxarmağa məcbur olur və bu da həmin aktivlər uğrunda beynəlxalq miqyasda böyük rəqabət yaradıb.