Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb.
“Report”un əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb.
Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

