Roma papası XIV Leo İstanbulun Mavi məscidində olub

Baş səhifə

Bakı. Trend:

Roma papası XIV Leo Türkiyə səfərinin ikinci günündə İstanbulun
Mavi məscidində olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məsciddə Türkiyənin Dini İşlər
Administrasiyasının rəhbəri ona mavi kərpiclərlə işlənmiş uca
günbəzi göstərib.




Katolik kilsənin rəhbəri bununla özündən əvvəlki pontifiklərin
irsini davam etdirərək, məscidə baş çəkməklə Türkiyənin müsəlman
çoxluğuna olan hörmətini ifadə edib.

Qeyd edək ki, Roma papası ilk xarici səfərini məhz Türkiyəyə
edib. Bunun ardınca o Livana yollanacaq.

Katolik kilsə tarixində ilk amerikalı papanın Yaxın Şərqdə sülh
barədə daha geniş məzmunda danışacağı gözlənilir.