
Bakı. Trend:
Çin Xalq Respublikasının sədri Si Cinpin hökumətə internetin
idarəolunması, blogerlərin və onlayn platformaların fəaliyyətinə
nəzarətin sərtləşdirilməsi ilə bağlı uzunmüddətli mexanizm
yaratmağı tapşırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Şəbəkə xaosuna qarşı qılınc qaldırmağa cəsarət tapmaq,
qətiyyətli zərbə endirmək, maraq zəncirlərini qırmaq və onların
meydana gəlməsi üçün zəmini dağıtmaq lazımdır”, – yerli
telekanallardan biri ölkə liderindən sitat gətirib.
Dövlət başçısı internet platformaları, şəxsi bloqlar və MCN
agentlikləri (influencer hesablarını idarə edən şirkətlər) üzərində
nəzarətin gücləndirilməsini tələb edib. Onun tapşırığına əsasən,
onlar sosial məsuliyyət daşımalı və pozitiv məzmun
yaymalıdırlar.


