Günəşdə daha güclü partlayışlar olacaq

Baş səhifə

Bakı. Trend:

Alimlər yaxın günlərdə günəş səthində baş verən partlayışların
həm sayının, həm də gücünün kəskin artacağını
proqnozlaşdırırlar.

Trend xəbər verir ki, bu
barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası
Laboratoriyası və Günəş–Yer Fizikası İnstitutu məlumat yayıb.




Verilən məlumata əsasən, Günəşin Yerə yönəlmiş hissəsində bir
neçə yeni böyük aktiv sahə formalaşıb ki, bu da güclü partlayış
ehtimalını artırır.

Qeyd olunur ki, son sutkada günəş şüalarının axını təxminən beş
dəfə yüksəlib. Bununla yanaşı, kiçik və orta güclü partlayışların
sayı da artıb ki, bu da Günəşdə partlayış üçün enerji
ehtiyatlarının sürətlə toplandığını göstərir.