Türkiyədə atışma baş verib, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında atışma baş
verib.

Trend xəbər verir ki, hadisə
Haliliye rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.




Güllə yarası alan dörd nəfərdən biri hadisə yerində həlak olub,
digər üçü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də
xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.