- 29 noyabr, 2025
- 00:04
Cümə günü “Falcon 9” raketi “Transporter 15” missiyası çərçivəsində elmi, kommersiya və dövlət sifarişçilərinə məxsus 140 mikro və nanopeykdən ibarət qrupla orbitə buraxılıb.
Report-un məlumatına görə, bu barədə daşıyıcının istehsalçısı olan “SpaceX” şirkəti xəbər yayıb.
Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasının “SLC-4E” start meydançasından yerli vaxtla saat 10:44-də (Bakı vaxtı ilə 22:44-də) həyata keçirilib.
“SpaceX”in bildirdiyinə görə, bu günə qədər “Falcon 9” raketləri 30-dan çox birgə missiya icra edərək 1,4 minədək faydalı yükü orbitə göndərib.
Buraxılış çərçivəsində 30-cu dəfə istifadə edilən raket daşıyıcısının birinci çoxistifadəli mərhələsi ayrıldıqdan sonra Sakit okeanda yerləşən “Of Course I Still Love You” adlı dəniz platformasına idarə olunan şaquli eniş edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

