
Ukraynanı ABŞ-la danışıqlarda kimlərin təmsil edəcəyi açıqlanıb.
APA-nın xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib ki, Ukraynanı ABŞ-la danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Şurasının katibi, Xarici İşlər Nazirliyinin və kəşfiyyat xidmətinin əməkdaşları təmsil edəcəklər.
“Yaxın vaxtlarda Amerika tərəfi ilə görüşlər keçiriləcək”, – Zelenski vurğulayıb.

