Dezinformasiya ilə mübarizə Azərbaycan üçün prioritet istiqamətdir – Əhməd İsmayılov

Baş səhifə

Bakı. Trend:

Dezinformasiyanın və saxta xəbərlərin qarşısının alınması
Azərbaycan üçün prioritet istiqamətdir.

Trend xəbər verir
ki, bunu Bakıda Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və
informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin
7-ci toplantısı çərçivəsində Azərbaycan Media İnkişafı Agentliyinin
icraçı direktoru Əhməd İsmayılov bildirib.

O vurğulayıb ki, Azərbaycan hökuməti KİV-in inkişafına xüsusi
diqqət göstərir, bu sahədə dialoqu fəal şəkildə genişləndirir və
beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumu KİV-in inkişafı
ilə bağlı aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya
çevrilib.




“2025-ci ilin iyulunda keçirilən Üçüncü Şuşa Qlobal Forumu
aparıcı media qurumlarının nümayəndələri, müxtəlif ölkələrdən – o
cümlədən Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən gələn
ekspertlər və analitiklər də daxil olmaqla geniş iştirakçı
dairəsinin diqqətini cəlb edib. Tədbir çərçivəsində rəqəmsal dövrün
çağırışları, məlumatların etibarlılığının artırılması yolları və
beynəlxalq media əməkdaşlığı üçün yeni imkanlar müzakirə olunub”, –
deyə o bildirib.

Ə.İsmayılov qeyd edib ki, Azərbaycan dezinformasiya və saxta
xəbərlərlə mübarizəyə xüsusi diqqət yetirir və bu istiqaməti
informasiya təhlükəsizliyinin qorunmasının əsas elementlərindən
biri kimi qiymətləndirir.

“Azərbaycan peşəkarlığa, ortaq dəyərlərə və əməkdaşlığın
bütövlüyünə sadiq qalır. Türk dövlətlərinin qarşılıqlı fəaliyyət
platforması maraqlarımızın təşviqi və etimadın möhkəmləndirilməsi
baxımından mühüm rol oynayır”, – deyə o vurğulayıb.