Son 6 ayda aşkarlanan gömrük pozuntusu faktları açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Gömrük yoxlamaları nəticəsində son 6 ayda 1234 inzibati xəta, 54
cinayət faktı müəyyən edilib.

Trend xəbər
verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsini Xidmətin
təşkili şöbəsinin rəisi Elşən Səfərli həmin quruma təşkil olunan
mediatur zamanı çıxışında bildirib.




Onun sözlərinə görə, bundan başqa, dövr ərzində ölkəyə 261 412
ABŞ dolları, 21 728 avro və 100 000 funt sterling pul vəsaitlərinin
qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb: “Eyni zamanda son
6 ayda 145 qutu güclü təsiredici dərman 1520 konvolyut dərman
preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1185 ədəd
mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb”.

“Zərgərlik məlumatları üzrə isə son 6 ayda 13 337 karat
brilliant, 1544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi
faktı aşkarlanıb”, – DGK rəsmisi qeyd edib.