Tailandda daşqın qurbanlarının sayı 110 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Tailandın cənubunda yerləşən Hatyay şəhərində daşqın
qurbanlarının sayı 110 nəfərə çatıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Təbii fəlakət nəticəsində həlak olanlar arasında yerli
xəstəxananın pasiyentləri də yer alır. Son bir neçə gündə Hatyayda
su səviyyəsi nisbətə aşağı düşüb ki, bu da xilasedicilərin
zərərçəkənləri təxliyə etməsinə və axtarış-xilasetmə tədbirlərini
aktivləşdirməsinə imkan verib.

Təbii fəlakət fəsadlarının aradan qaldırılması və əhaliyə
humanitar yardımın göstərilməsi ilə bağlı tədbirlərə Tailandın
hərbi dəniz qüvvələrinin əsgərləri cəlb olunub. Daşqınlar
ümumilikdə 2 milyona yaxın insana zərər vurub.