
Bakı. Trend:
Çinin Alibaba şirkəti süni intellekt sistemi ilə təchiz olunmuş
yeni nəsil “Quark S1” ağıllı eynəklərinin satışa çıxarıldığını elan
edib.
Trend “Bloomberg”
agentliyinə istinadla xəbər verir ki, “Quark S1” eynəkləri şirkətin
yaratdığı Qwen neyroşəbəkəsi əsasında hazırlanıb.
Qurğu istifadəçinin ətraf mühitini qeydə alan şəffaf
displeylərlə təchiz edilib. Süni intellekt isə istifadəçinin
eynəklə gördüyü görüntülərin üzərinə kontekstual məlumat əlavə edə
bilir.
Cihazın bir dəfə şarjla 24 saat fasiləsiz işləmə imkanı olduğu
bildirilib.


