
Bakı. Trend:
Moldova parlamenti MDB ölkələri vətəndaşlarının vizasız
səfərlərinə dair sazişin denonsasiyasını birinci oxunuşda
təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə parlamentin spikeri İqor Qrosu məlumat verib.
Məlumata görə, Moldova hökuməti noyabrın 12-də MDB çərçivəsində
imzalanmış yeddi sazişin, o cümlədən iştirakçı dövlətlərin
vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını
təsdiqləyib.
MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9
oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara
ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.
Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, hazırda
Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB
ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri
mövcuddur.


