Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək

Baş səhifə
Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək

NATO Baş katibi Mark Rütte və Ukraynanın müdafiə naziri Denis Şmıqal Brüsseldə görüşəcəklər.

“Report”un məlumatına görə, bu barədə NATO-nun rəsmi saytında bildirilib.

“2025-ci il dekabrın 1-də NATO-nun baş katibi Mark Rütte Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə Brüsseldəki NATO qərargahında görüşəcək”, – deyə məlumatda qeyd olunub.

Həmçinin vurğulanır ki, görüş KİV nümayəndələrinin iştirakı olmadan keçiriləcək.