Azərbaycan və İordaniya 12 yeni saziş üzrə danışıqlar aparır – Sahil Babayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İordaniya arasında 12 yeni saziş üzrə danışıqlar
aparılır.

Trend xəbər verir
ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya
və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə
Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxışı zamanı
bildirib.

“Artıq formalaşdırdığımız hüquqi baza genişlənməyə davam edir.
Hazırda 40-dan çox sənəd qüvvədədir, səkkiz saziş ekspertlər
səviyyəsində razılaşdırılıb və 12 yeni layihə üzrə danışıqlar davam
edir”, – deyə o vurğulayıb.




S. Babayev qeyd edib ki, bugünkü iclasda daha 5 sazişin
imzalanması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin sazişlər
orta müddətli gündəliyi formalaşdıracaq və müvafiq nazirlik və
qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinə dəstək
olacaq.

“İqtisadi əməkdaşlığımız inkişaf edir, lakin artım potensialı
hələ də əhəmiyyətlidir. Ticarət göstəricilərinə nəzər salsaq, cari
ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ticarət
dövriyyəsinin 24% artdığını görürük. Amma əlbəttə, mütləq
göstəriciləri nəzərə alsaq, bu, hər iki ölkənin potensialı ilə
müqayisədə çox azdır”, – deyə nazir əlavə edib.