
İmişli rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


