Bakı. Trend:
Corciya ştatı məhkəməsi ABŞ prezidenti Donald Tramp və onun
komandasına qarşı 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək
cəhdləri ilə bağlı qaldırılmış cinayət işini ləğv edib.
Trend-in məlumatına görə, bu barədə məhkəmə qərarında
bildirilib.
Fulton dairəsinin hakimi prokurorların Trampa qarşı əvvəllər
irəli sürülən ittihamları, o cümlədən saxtakarlıq, dövlət məmurunu
vəzifə andını pozmağa təhrik etməyə cəhd və mütəşəkkil
cinayətkarlıqla mübarizə üçün nəzərdə tutulmuş qanunu (RICO Art)
pozmaq ittihamlarını rədd etmək vəsatətlərini təmin edib.
“Məhkəmə vəsatəti təmin edir <…>. Bu iş tamamilə
bağlanıb”, – deyə qeyd olunub. Beləliklə, artıq ABŞ-də Amerika
liderinə qarşı heç bir cinayət işi aparılmır.

