
Honk-Konqda yaşayış kompleksində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.
APA “Reuters”ə istinadən xəbər verir ki, xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində ilişib qalan sakinlər var.
2 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.
Ölü və yaralı sayının artacağı gözlənilir.

