Bakı. Trend:
“Roma” Türkiyə millisinin və “Əl-Əhli”nin müdafiəçisi Merih
Demiral İtaliyaya qayıda bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Roma”nın
transfer siyahısında yer alıb.
“Canavarlar” qışda Merihi transfer etmək niyyətindədir. Hazırda
tərəflər arasında danışıqlar gedir.
“Alkanenense”, “Sportinq”(hər ikisi Portuqaliya),
“Alanyaspor”(Türkiyə), “Sassuola”,”Yuventus”, “Atalanta”(hamısı
İtaliya) klublarında oynayıb və 2023-cü ildə “Əl-Əhli”yə keçib.
Onun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il
iyunun 30-na qədərdir.

