Tarqat Aldıbergenov: “Orta Dəhlizə Çin şirkətinin qoşulması daşımaları 2 dəfə artıracaq”

Baş səhifə
Tarqat Aldıbergenov: Orta Dəhlizə Çin şirkətinin qoşulması daşımaları 2 dəfə artıracaq

Orta Dəhlizə Çin şirkətinin qoşulması daşımaları iki dəfə artıracaq.

“Report” xəbər verir, bunu “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin İdarə Heyətinin sədri Tarqat Aldıbergenov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çin konteyner daşıma şirkətinin – “China Railway Express”in dəhlizə qoşulması ilə konteyner daşımalarının həcminin iki dəfə artacağı gözlənilir: “Hazırda bu marşrut üzrə artım 12 % təşkil edir. Bu dəhliz üzrə 317 konteyner qatarı hərəkət edib”.