Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən
avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət
qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı
E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla
barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.