Abşeron və Qaradağda 10 kq narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Abşeron və
Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı
Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, saxlanılan şəxslərdən 10 kiloqrama yaxın
tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd
psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə
etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə
yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.