“Unibank”ın səhmdarları toplaşacaq

Baş səhifə

Dekabrın 23-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, yığıncağın gündəliyinə “Unibank”ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər daxildir.

Yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində – “Zoom” vasitəsilə məsafədən olacaq.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə yaradılıb. Onun səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.