
Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda
ümumilikdə 182,9 milyon dollar dəyərində 360,7 min ton bitumlu
süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac
olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76,1 milyon dollar
və ya 1,7 dəfə, həcm baxımından isə 191,7 min ton və ya 2,1 dəfə
çoxdur.
Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Niderlanda 106,8
milyon ABŞ dolları dəyərində 169 min ton neft ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
10,9 milyard dollardan çox dəyərdə – 20,8 milyon tona yaxın xam
neft və neft məhsulları ixrac edib.


