
Bakı. Trend:
Giləmeyvələrdən alınan polifenollar sümük möhkəmliyini
dəstəkləyə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir nəticəyə İtaliyanın Milan və
Pavia Universitetlərinin alimləri gəliblər.
Araşdırmanın nəticələri “Nutrients” elmi jurnalında çap
olunub.
Araşdırmaya əsasən, müntəzəm olaraq antosianlar (giləmeyvələrin
əsas polifenolları) qəbul edən orqanizm sümük mineral sıxlığının
(BMD) daha yüksək olması müşahidə olunur. Qaragilə və qara
qarağatla aparılan kiçik klinik sınaqlar da BMD-də və sümük
mübadiləsinin ayrı-ayrı markerlərində orta dərəcəli yaxşılaşmalar
üzə çıxıb.
Eksperimentlərdə giləmeyvə ekstraktları osteoklastların (sümüyü
parçalamağa cavabdeh olan hüceyrələrin) aktivliyini azaltdığı,
osteoblastların fəaliyyətini gücləndirdiyi və sümük toxumasını
iltihabi və oksidativ stressdən qoruduğu müəyyən edilib.

