- 24 noyabr, 2025
- 12:28

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib.
İdarədən “Report”a verilən məlumatda Həcc ziyarətinə qeydiyyatın davam etdiyi xatırladılıb.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, ildən-ilə Səudiyyə Ərəbistanın Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür:
“Bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib. Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.
Vüsal Cahangiri onu da əlavə edib ki, qeydiyyata erkən başlamağa rəğmən, hər gün vətəndaşlar Həcc üçün müraciət edirlər:
“Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


