63 özəl bağçada ödənişə güzəşt ediləcək

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər
təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr
müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi
müsabiqənin qalibi olub.

Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.




Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili
üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən
uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların
təhsil haqlarının bir hissəsinin qrant hesabına
maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl
məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir
uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı
hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən
qarşılanması nəzərdə tutulub.

Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə
qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata
keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını
qeydiyyatdan keçirmələri tövsiyə olunur.