Nigeriyada kilsədən qaçırılan 38 nəfər azad edilib

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın qərbində terrorçular tərəfindən girov götürülən 38
kilsə ziyarətçisinin azad edilib.

Trend-in məlumatına görə, bu barədə Nigeriya prezidenti Bola
Tinubu deyib.




“Nigeriyalı həmvətənlərim, xatırlayacaqsınız ki, təhlükəsizlik
xidmətlərimizin səylərini əlaqələndirmək üçün Cənubi Afrikada
keçiriləcək G20 sammitinə səfərimi ləğv etdim. Onların səyləri
sayəsində Kvara ştatında qaçırılan 38 kilsə ziyarətçisi xilas
edilib. Mən ölkə daxilində təhlükəsizlik vəziyyətini yaxından
izləyirəm və cinayətkarlığa qarşı mübarizə ilə bağlı hesabatlar
alıram”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Nigeriyanın Kvara
ştatındakı kilsəyə hücum edilib. Terrorçular kilsə ziyarətçilərinə
qarşı nizamsız şəkildə atəş açıblar.